Şahin Bağırov məktəblilərin finalını izlədi

Beyləqanda voleybol üzrə məktəblilərin rayon birinciliyinin final görüşü keçirilib.

Allsport.az xəbər verir ki, Hacıqabul RVK-nın, Mil-Muğan regional gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Beyləqan olimpiya idman kompleksində baş tutan oyunu Azərbaycan voleybol federasiyasının (AVF) prezidenti Şahin Bağırov, Beyləqan rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov, Mil-Muğan regional gənclər və idman idarəsinin rəis vəzifəsini icra edən Elçin Qiyasov və digər qonaqlar canlı izləyiblər.

Qarşılaşmanın sonunda qaliblərə kubok və medallar təqdim olunub.

Daha sonra Ş.Bağırov yarış iştirakçıları ilə görüşüb. AVF prezidenti mükafatçıları təbrik edib, ölkəmizdə voleybolun kütləviliyinin artırılması və inkişafı istiqamətində görülən işlərdən danışıb, gənc idmançılara tövsiyələrini verib və onlara uğurlar arzulayıb.

Həmin kateqoriyadan

azenrutr