Şahin Bağırov milli üzvləri ilə görüşdü

Azərbaycan voleybol federasiyasının (AVF) prezidenti Şahin Bağırov və baş katib Faiq Orucov III MDB oyunlarında iştirak edəcək 15 yaşadək qızlardan ibarət yığma komandamızın məşqini izləyiblər.

Allsport.az xəbər verir ki, federasiya rəhbəri komandanın hazırlıq prosesi ilə yaxından maraqlanıb, məşqçilər heyəti ilə müzakirələr aparıb və voleybolçulara qarşıdakı oyunlarda uğurlar arzulayıb.

Ölkəmizdə təşkil olunacaq III MDB oyunlarında voleybol yarışları Gəncə şəhərində keçiriləcək.

Həmin kateqoriyadan