- Baxış sayı: 44
- 25 Noyabr 2024 17:38
- Baxış sayı: 120
- Noyabr 25, 2024
- 0
Premyer Liqanın 31-ci turunda keçirilən “Sumqayıt” – “Kəpəz” oyunundan (2:3) sonra Gəncə klubunun baş məşqçisi Şahin Diniyev matçla bağlı fikrini bölüşüb. Allsport.az saytı xəbər verir ki, o, bunları söyləyib:
“Hesabda geri düşdükdən sonra “Sumqayıt” kimi rəqib önündə qalib gəlmək çox çətindir. Hücuma atılarkən müdafiədə rəqibə boşluqlar yaradırsan. Risk etdik və sevinirəm ki, qələbə qazandıq. Komandamızda eniş prosesi gedirdi amma xarakter göstərib vəziyyəti düzəltdik. İrəli baxmalıyıq, Avropa Liqasına düşmək üçün əlimizdə gözəl şans var. Debüt mövsümündə qitəmiqyaslı turnirdə iştirak etmək komandamız üçün yaxşı olar.
Medalçılar sırasına da düşməyi çox istəyirik. Az heyətlə mükafat qazanmaq lap böyük uğur olar. Çətin oyunlarımız qabaqdadır. Düşünürəm ki, azarkeşlər də oyundan razı qaldılar. Mənim ürəyim “Kəpəz” ilə döyünür, bu komanda ilə nəfəs alıram. Məni ruhlandıran Gəncə azarkeşləridir. Stadionda adımı çəkəndə sanki dünyanı mənə verirlər”.