- Baxış sayı: 34
- 25 Noyabr 2024 17:38
- Baxış sayı: 34
- Noyabr 25, 2024
- 0
“Bütün oyunlara olduğu kimi, qarşıdakı matça da eyni istəklə hazırlaşmışıq. Həftə boyunca komanda səylə məşq edib. “Xəzər Lənkəran”la oyun bizim üçün çox vacibdir. İki ardıcıl qələbədən sonra uğurlu çıxışımızı davam etdirmək istəyirik”.
Allsport.az xəbər verir ki, “Kəpəz”in baş məşqçisi Şahin Diniyev klubun mətbuat xidmətinə açıqlamasında belə deyib. Təcrübəli mütəxəssis yetirmələrinin Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində “Xəzər Lənkəran”la keçiriləcək matçın mahiyyətini başa düşdüyünü söyləyib: “Uşaqlar qarşıdakı oyunun bizə nə verəcəyini yaxşı anlayırlar. Ona görə də deyə bilərəm ki, bizi çox çətin oyun gözləyir. Onlarla aramızdakı fərq 2 xaldır. Bu üzdən matç 6 xallıq oyuna bərabərdir”.
Komandanın heyətində cəzalı futbolçu olmasa da, itgi var. Kərim Diniyev zədəlidir. Bu səbəbdən yarımmüdafiəçi lənkəranlılarla görüşdə “sarı-göylər”ə kömək edə bilməyəcək: “Kərimizin yoxluğu bizə təsir edib. Çünki müdafiəyə meylli başqa orta xətt oyunçumuz yoxdur. Bununla belə onun yerini doldurmağa çalışacağıq”.