Şahin Diniyev: Komandada yorğunluq var

Ölkə çempionatının 32-ci turuna keçirilən “Kəpəz” – “Rəvan” oyunundan (3:2) sonra ev sahiblərinin baş məşqçisi Şahin Diniyev matçla bağlı fikrini jurnalistlərlə bölüşüb. Allsport.az saytı xəbər verir ki, o, qələbəyə belə şərh verib:

“Həm hesabdan, həm də oyunun gedişindən hiss olundu ki, çətin görüş oldu. Son dövrlər qələbə qazanmaq bizə asan olmur. Komandada yorğunluq var, amma bunu səbəb etmək istəmirəm. Xarakter hesabına oynamağa çalışırıq və buna da nail oluruq.

İki qol buraxmağımız məni narahat edir. O ki qaldı azarkeşlərimizə, onlar sadəcə, möhtəşəmdirlər. Udduq, uduzduq fərq etmir. Hər zaman bizim yanımızdadılar. “Rəvan”a da göstərdiyi mübarizəyə görə təşəkkür edirəm”.

Həmin kateqoriyadan