- Baxış sayı: 39
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Avropa Liqasının 2-ci təsnifat mərhələsində keçirilmiş “Admira” (Avstriya) – “Kəpəz” oyunundan (1:0) sonra mətbuat konfransı təşkil olunub. Allsport.az saytı xəbər verir ki, Gəncə klubunun baş məşqçisi Şahin Diniyev 0:1 hesabıyla uduzduqları oyunla bağlı bunları deyib:
“Mənə elə gəlir ki, biz burada nəinki Gəncə, hətta Azərbaycanı layiqincə təmsil edə bildik. Taktiki savaş idi, biz bu gün sadəcə, döyüşü uduzduq, müharibə hələ qabaqdadır. İkinci oyun var ki, onu da oynamaq lazımdır. “Admira” doğrudan da çox güclü komandadır, komplektləşmiş və sistemlə oynayan rəqib vardı bu gün qarşımızda. Futbolçularımız ağılla oynadılar, taktiki cəhətdən düzgün mübarizə apardılar.
Verilən tapşırıqları yerinə yetirə bildilər. Yalnız standart vəziyyət zamanı bir fərdi səhvdən qol buraxdıq. Nicat Qurbanov fərqlənib hesabı bərabərləşdirsəydi, fərqli nəticə ola bilərdi. Fikrimiz oyunu əks hücumlardan qurub, cinahlardan sürət hesabına nəticəyə nail olmaq idi.
“Kəpəz” artıq başından yuxarı tullanıb. Xarakterli, uduzmaq istəməyən komandayıq. Futbolçularıma bunun üçün təşəkkür edirəm. Hər iki komandanın mərhələ adlamaq şansı var. Cütün taleyi Bakıda həll olunacaq”.