- Baxış sayı: 25
- 26 Noyabr 2024 14:44
- Baxış sayı: 157
- Noyabr 25, 2024
- 0
Premyer Liqanın 4-cü turunda “Kəpəz” – “Zirə” oyunundan sonra mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, rəqib üzərindəki qələbəni (2:0) “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev belə qiymətləndirib:
“Yaxşı olduğu kimi, həm də əsəbi oyun izlədik. Bizə qələbənin lazım olduğunu öncədən demişdim. Əvvəlki üç oyunda qələbəyə yaxın olaraq fürsəti qaçırmışdıq. Qələbə qazana bilməməyimiz komandaya psixoloji təsir edirdi. “Kəpəz”in yeri turnir cədvəlinin sonları deyil. “Zirə” yaxşı təşkilatlanmış rəqibdir. Heyətdə yaxşı futbolçular var, məşqçi işi görünür. Adil Şükürov güclü kollektiv yaradıb.
Belə rəqibə qol vurmaq çox çətindir. Birinci hissənin ilk 15 dəqiqəsində futbolçular yaxşı oynadılar, pressinq etdilər, nəticədə qol da vurduq. Bir müddət sonra komanda arxayınlaşdı. Futbolçularda qol buraxmaq, xal itirmək qorxusu vardı. Fasilədə uşaqlara öz tapşırıqlarımı verdim. Cinahlardan sürətli hücumların qurulmasını istədim. Oyunçular tapşırıqları yerinə yetirib layiqli qələbə qazandılar. Onlara təşəkkür edirəm”.