- Baxış sayı: 29
- 26 Noyabr 2024 17:01
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Premyer Liqanın 5-ci turunda keçirilən “Sumqayıt” – “Kəpəz” (1:1) oyunundan sonra mətbuat konfransında Şahin Diniyev fikirini bölüşüb. Allsport.az saytı xəbər verir ki, Gəncə klubunun baş məşqçisi 1:1 hesablı heç-heçə ilə bağlı bunu deyib:
“Çempionatın ən maraqlı, yaxşı oyunlarından biri oldu. Hər iki komanda qələbə qazanmaq istəyirdi və ona görə də müdafiədə oturmamışdı. Həm biz, həm də rəqib hücuma hücumla cavab vermək istəyirdi. Azarkeşlər üçün də bol qol epizodları olan matç oldu. Bu oyunda “Sumqayıt” və ya “Kəpəz” qalib gələ bilərdi.
İkinci hissədə komandamız pis oynamadı. Uşaqlara təşəkkür edirəm. İtkilərimiz vardı. Müdafiədə problemlərimiz yaranmışdı və qol epizodunda bu özünü büruzə verdi. Arxa xətdə dəyişiklik etmişdik, mənə elə gəlir Azad Kərimov da bu mövsüm ilk dəfə start heyətində yer almasına baxmayaraq, işinin öhdəsindən gəldi”.