- Baxış sayı: 97
- 09 Oktyabr 2024 18:45
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
İyunun 10-da “Gənclər paytaxtı” Lənkəranda gənclər və idman, elm və təhsil, müdafiə, fövqəladə hallar nazirlikləri, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin birgə təşkilatçılığı ilə “Şahin” hərbi-idman oyununun final mərhələsi keçirilib.
Allsport.az xəbər verir ki, tədbir hərbi orkestrin ifası ilə təntənəli marşla məktəblilərin mərkəzi meydana daxil olması ilə başlayıb.
Tədbirdə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan respublikasının dövlət himni səsləndirilib.
Ümumtəhsil məktəblərinin X sinif şagirdləri arasında keçirilən yarışda 9 komanda sıra, fiziki, mülki-müdafiə hazırlığı və maneələrin dəf olunması, eləcə də digər mərhələlər üzrə tapşırıqları icra ediblər.
Yekun nəticələrə əsasən Xaçmaz birinci olub. Oğuz və Sabunçu rayon komandaları müvafiq olaraq ikinci və üçüncü layiq görülüblər. Qaliblər diplom, kubok və hədiyyələrlə mükafatlandırılıblar.