- Baxış sayı: 145
- 16 Dekabr 2024 16:49
- Baxış sayı: 165
- Dekabr 18, 2024
- 0
Bu gün şahmat üzrə çempionlar turunun “Oslo kuboku” start götürəcək. Allsport.az saytı xəbər verir ki, yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edəcək. Onunla yanaşı, yarışa hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen, Yan Kşiştov Duda (Polşa), Niderland təmsilçiləri Aniş Giri, Yorden Van Forrest, Hindistan şahmatçısı Praqnanandha Rameşbabu, vyetnamlı Le Quanq Liyem, kanadalı Erik Hansen iştirak edəcək.
Reqlamentə əsasən hər turda iştirakçılar rapid üzrə (15 dəqiqə +10 saniyə) 4 partiyadan ibarət matçda mübarizə aparacaqlar. İştirakçılar hər gün yalnız 1 rəqiblə qarşılaşacaq. İlk turda Şəhriyar Məmmədyarovun rəqibi vyetnamlı Le Quanq Liyem olacaq.
Turnir aprelin 28-dək davam edəcək.