- Baxış sayı: 42
- 14 Oktyabr 2024 15:46
- Baxış sayı: 72
- Oktyabr 17, 2024
- 0
Bakıda dünya kubokunun iştirakçıları futbol matçında meydana çıxıblar. Allsport.az saytı xəbər verir ki,
FİDE-nin prezidenti Arkadi Dvorkoviç, azərbaycanlı vitse-prezidenti Mahir Məmmədov, qurum rəsmiləri Berik Balqabayev, Viorel Boloqan, Dana Reizneçe-Ozola və digərləri idmanın ən məşhur növündə özlərini sınayıblar.
Yoldaşlıq görüşündə FİDE və AŞF-nin birgə kollektivi şahmatçılardan ibarət komandaya qarşı mübarizə aparıblar. Hər biri 30 dəqiqə olmaqla 2 hissədən ibarət oyunun yekununda şahmatçılar 8:6 hesablı qələbə qazanıb.
Qalib komandaya kubok təqdim olunub.