- Baxış sayı: 43
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 142
- Fevral 02, 2026
- 0

Gürcüstanın Batumi şəhərində şahmat üzrə komandalararası Avropa çempionatında bu gün VIII turun görüşləri keçiriləcək. Allsport.az xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət yığması Ermənistanla qarşılaşacaq.
Qadın millisi isə Fransa ilə üz-üzə gələcək. Görüşlər Bakı vaxtı ilə 16:00-da başlanacaq.
Komandalararası Avropa çempionatı, VIII tur
1 noyabr
Kişilər
Azərbaycan – Ermənistan
Şəhriyar Məmmədyarov – Levon Aronyan
Arkadi Naydiç – Qabriel Sargissyan
Qədir Hüseynov – Qrant Melkumyan
Eltac Səfərli – Arman Paşikyan
Qadınlar
Sofi Miyye – Günay Məmmədzadə
Polen Gişar – Xanım Balacayeva
Almira Skripçenko – Ülviyyə Fətəliyeva
Nataşa Benmesba – Gülnar Məmmədova
7 turdan sonra xal durumu belədir:
Kişilər: 1. Rusiya – 12, 2 – 4. Ukrayna, İngiltərə, Almaniya – 11, 5. Sloveniya – 10, 6 – 8. Ermənistan, Azərbaycan, Xorvatiya – 9 xal.
Qadınlar: 1. Rusiya – 13, 2. Gürcüstan – 11, 3 – 5. Azərbaycan, Ukrayna, Ermənistan – 10, 6 – 8. Fransa, İtaliya, Türkiyə – 9 xal.