- Baxış sayı: 53
- 04 Dekabr 2025 15:28
- Baxış sayı: 112
- Dekabr 05, 2025
- 0

Riqada şahmat üzrə “Grand swiss-2021” turnirində 9-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, bu mərhələdə təmsilçilərimizdən 3-ü heç-heçəyə razılaşıb, biri isə məğlub olub. Belə ki, Aydın Süleymanlı fransalı Jules Moussard, Rauf Məmmədov çexiyalı Tay Dan Van Nquyen, Nicat Abasov latviyalı Arturs Neiksans ilə heç-heçə ediblər. Vasif Durarbəyli isə rusiyalı Vadim Zvjaginsevə uduzub.
9 turun nəticəsinə görə, A.Süleymanlı 4 xal toplayıb. R.Məmmədov, N.Abasov və V.Durarbəyli 3,5 xala malikdirlər.
İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət olan turnirə noyabrın 7-də yekun vurulacaq.