- Baxış sayı: 8
- 27 Mart 2026 17:28
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

İngiltərə premyer liqasının 8-ci turunda “Liverpul” “Çelsi”ni qəbul edib.
Allsport.az xəbər verir ki, Enfilddə keçirilən görüş mersisaydlıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Qırmızılar”ın heyətində Məhəmməd Salah penaltini dəqiq yerinə yetirib. Bu, onun Premyer Liqada 162-ci qolu olub.
Beləliklə, misirli İngiltərə premyer liqasında Cermeyn Defoya çataraq, qollarının sayına görə 9-cu pilləyə yüksəlib.
Digər sıralarda Robbi Fauler (163), Tyeri Anri (175), Frenk Lempard (177), Serxio Agüero (184), Endi Koul (187), Ueyn Runi (208), Harri Keyn (213) və Alan Şirer (260) qərarlaşıb.