Salaha fantastik təklif

Səudiyyə Ərəbistanından adı açıqlanmayan bir klub “Liverpul”un hücumçusu Məhəmməd Salaha illik təxminən 145 milyon avro maaş təklif edir.

Allsport.az xəbər verir ki, bu təklif, Salahın ardıcıl əsas heyətdə yer almamasından sonra klub rəhbərliyini tənqid etməsi və çempionlar liqası matçının heyətinə salınmamasından sonra ortaya çıxıb.

33 yaşlı misirli ulduz ötən mövsüm ölkə çempionatının bombardiri olub, lakin bu mövsüm 19 matçda cəmi 5 qol vurub.

Həmin kateqoriyadan