Salahın əvəzedicisi tapıldı

“Liverpul” “Leypsiq”in hücumçusu Yann Diomandeni transfer etməyi düşünür.

Allsport.az xəbər verir ki, Mersisayd təmsilçisinin skautları “öküzlər”in “Ayntraxt Frankfurt” üzərində 6:0 hesablı qələbə qazandığı oyunu izləyiblər. Həmin oyunda 19 yaşlı fil dişili futbolçu üç qol vurub.

Diomandeyə maraq “Liverpul”un misirli hücumçusu Məhəmməd Salahla bağlı vəziyyətlə daha da arta bilər. O, baş məşqçi Arne Slotu əsas heyətə daxil olmadığına görə tənqid edib.

Diomande 2025/26 mövsümündə 15 matçda yeddi qol vurub və dörd məhsuldar ötürmə edib. Onun “Leypsiq”lə müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir.

Həmin kateqoriyadan