- Baxış sayı: 25
- 22 Noyabr 2024 11:30
- Baxış sayı: 72
- Noyabr 21, 2024
- 0
Azərbaycan həndbol federasiyasının rəhbərliyi Türkiyənin Konya şəhərində keçirilən İslam həmrəyliyi oyunlarının gümüş mükafatını qazanan qadın həndbol millisini qəbul edib. Allsport.az saytı xəbər verir ki, AHF prezidenti Saleh Məmmədov bu münasibətlə komanda üzvlərini təbrik edib.
O, Azərbaycanın dünya miqyasında idman ölkəsi kimi şöhrət qazanmasını ölkə başçısı, eləcə də milli olimpiya komitəsinin prezidenti İlham Əliyevin və 1-ci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısının nəticəsi kimi dəyərləndirib. Azərbaycan hər il yeni-yeni beynəlxalq turnirlərin təşkilatçısı kimi böyük nüfuz qazanır, ən mötəbər yarışlarda mühim uğurlar əldə edir deyən Saleh Məmmədov, belə bir tərəqqinin həndbolun inkişafı üçün də böyük imkanlar yaratdığını vurğulayıb.
Göstərilən diqqət və qayğıya görə federasiya prezidentinə minnətdarlıqlarını bildirən idmançılar, əmin ediblər ki, komandanın qələbə soraqları yeni yarışlardan da eşidiləcək. Komanda üzvlərini bir daha təbrik edən Saleh Məmmədov onlara yeni uğurlar arzulayıb. Sonda xatirə şəkli çəkdirilib.