- Baxış sayı: 25
- 22 Noyabr 2024 11:30
- Baxış sayı: 69
- Noyabr 21, 2024
- 0
Fevralın 3-də gənclər və idman nazirliyində Azərbaycan həndbol federasiyasının ümumi yığıncağı keçirilib. Allsport.az saytı xəbər verir ki, dövlət himni səsləndirilməsi ilə başlanan tədbirdə, əvvəlcə nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Sonra, AHF-in son illərdəki fəaliyyəti barədə hesabatı dinlənilib və federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Saleh Məmmədov yenidən prezident seçilib.
Yığıncaqda həmçinin Orxan Abbasov və Rəfiqə Şabanova federasiyanın vitse-prezidentləri seçiliblər. İdarə heyətində İsgəndər Əsgərov, Ernest Ağakişi, Vaqif Əliyev, Ələkbər Ağakişiyev, Lüdmila Şubina və Vidadi Əliyevyer alıblar.
Tədbirdə MOK-un prezidenti Çingiz Hüseynzadə çıxış edib. Yığıncaqdan sonra federasiya prezidenti Saleh Məmmədov jurnalistlərin suallarını cavablandırıb.