- Baxış sayı: 32
- 09 Dekabr 2025 11:25
- Baxış sayı: 38
- Dekabr 08, 2025
- 0

“Şamaxı” Azərbaycan çempionatlarının yüksək dəstəsində 25-ci dəfə səfər oyununda böyük hesabla qalib gəlib.
Allsport.az xəbər verir ki, bu, Azərbaycan premyer liqasının XIV turunda baş verib.
Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış klub “Karvan-Yevlax”a üç cavabsız qolla qalib gəlib. Bu göstəricidə “Kəpəz”ə çatan “Şamaxı” yalnız “Qarabağ”la “Neftçi”dən geri qalır.
Səfərdə ilk böyükhesablı qələbəsini 2001/02 mövsümündə “Xəzər Universiteti” kimi qazanan komanda “Dinamo-Bakılı”nı (sonrakı “Bakı”) 3:0 hesabı ilə məğlub edib.