- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Şamaxı olimpiya idman kompleksində “Əməkdar bədən tərbiyəsi və idman xadimi” Oleq Krapivinin şərəfinə 2004-2005-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə 6-cı açıq ölkə çempionatının açılışı olub. Allsport.az saytı xəbər verir ki, mərasimdə gənclər və idman nazirliyinin nümayəndəsi Tofiq Eyvazov, Güləş federasiyasının vitse-prezidenti Namiq Abdullayev, Ukraynanın olimpiya çempionu Elbrus Tedeyev, Bakı şəhər gənclər və idman baş idarəsinin rəisi Raqif Abbasov, diasporla iş üzrə dövlət komitəsinin departament rəhbəri Ruslan Quliyev və veteran güləşçi Oleq Krapivin söz alıblar.
Çıxışlarda dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda dövlətin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğıdan danışılıb. Bildirilib ki, bunun nəticəsində ölkəmiz mötəbər beynəlxalq yarışlara uğurla ev sahibliyi edir. İdmançılarımızın beynəlxalq arenada uğurla çıxış etdiyini bildirən natiqlər ölkəmizin Olimpiya hərəkatı, eləcə də idmanın inkişafı istiqamətində qazandığı nailiyyətlərdən bəhs ediblər.
Tədbirdə Azərbaycanda güləşin inkişafında Oleq Krapivinin mühüm xidmətləri diqqətə çatdırılıb, onun şərəfinə həsr olunan turnirin təşkilinin artıq ənənəyə çevrildiyi vurğulanıb. Qeyd edilib ki, belə yarışlar istedadlı yeniyetmə güləşçilərin üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.
Azərtac.az-ın məlumatına görə, sonda Oleq Krapivin gənclər və idman nazirliyinin Fəxri fərmanı ilə təltif olunub. Açılışın rəsmi hissəsi dövlət himninin səsləndirilməsi ilə başa çatıb və səbəbkar yarışı açıq elan edib. Turnirdə Azərbaycanla yanaşı, Rusiya, İran, Qazaxıstan, Qırğızıstan və Gürcüstandan 300-dək güləşçi birincilik uğrunda mübarizə aparır.