- Baxış sayı: 83
- 15 Dekabr 2025 15:01
- Baxış sayı: 138
- Dekabr 15, 2025
- 0

Latviyanın paytaxtı Riqada yeniyetmə və gənc samboçular arasında dünya birinciliyi keçirilib. Allsport.az saytı xəbər verir ki, millimiz bu yarışda 6 medal qazanıblar.
Yeniyetmələrin rəqabətində Nəriman Əhmədov (56 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Rəşad Dünyamalıyev (52 kq) gümüş, Əliş Yusifov və Aslan Mirzəyev (87 kq) isə bürünc medallara sahib olublar. Gənclərin yarışında isə İlkin Babazadə (60 kq) birinci, Əmrah Bayramov (57 kq) ikinci yeri tutub.