Samir Əliyev: “Erik Ramosla bu barədə söhbət edəcəyəm”

“Neftçi”nin baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Görüşdən öncə “Böyük oyun”un əhəmiyyətini itirdiyini deyirdilər. Məncə, “Böyük oyun”a layiq bir mübarizə getdi. Mübarizə, qırmızı vərəqə, vurulmayan penalti… Futbolda səhvlər olur. Biz də səhvlər etdik. Məncə, Erik Ramos ədalətli oyun qaydalarına riayət etməli, topu rəqibə qaytarmalı idi. Amma bunu etmədi. Onunla bu barədə söhbət edib, eyni halın təkrarlanmamasını tapşıracağam. Ola bilsin ki, qələbə istəyindən irəli gələn bir şeydir. Amma istənilən halda, olmamalıdır”.

Həmin kateqoriyadan