- Baxış sayı: 35
- 25 Noyabr 2024 17:38
- Baxış sayı: 35
- Noyabr 25, 2024
- 0
“Neftçi”nin baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində AzAL-a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Ardıcıl 5-ci oyundur ki, qələbə qazana bilmirik. AzAL ilə oyuna çox bərbad başladıq. İkinci hissədə vəziyyəti öz xeyrimizə dəyişməyə çalışdıq, qol da vurduq. Amma oyunun son dəqiqələrində səhvə yol verdik, qapımıza penalti təyin olundu.
Rəqib bundan maksimum yararlandı və biz məğlub olduq. Bəlkə də həyatım boyu bu qədər məyus olmamışdım. Çıxış yolu qışa qədər gözləməkdir. Əgər mən burada qalsam, layiq olmayan futbolçular göndəriləcək. Gənc, təcrübəli futbolçu başa düşməlidir ki, hansı klubda oynayır. Bu formanı geyinirsənsə, mahiyyətini dərk etməlisən”.