- Baxış sayı: 6
- 25 Noyabr 2024 17:34
- Baxış sayı: 35
- Noyabr 25, 2024
- 0
“Neftçi”nin baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Məğlubiyyətə görə hər hansı bir bəhanə gətirmək istəmirəm. Problemlər fonunda komanda pis oynamadı. 75-ci dəqiqədən sonra öz qapımızda oturmağa məcbur olduq. Rəqib əvəzetmələrlə oyunu gücləndirdi. Bilirdik ki, rəqib standart vəziyyətlərdə yaxşı oynayır. Biz də qolu məhz starndart vəziyyətdən buraxdıq.
Hazırda mənim istədiyim iki eynigüclü heyət yoxdur. Gənclərimiz çoxdur, zədəlilərimiz var. Amma bütün məsuliyyət mənim boynumdadır. Ardıcıl iki məğlubiyyətdən sonra rəhbərliklə görüşüb, istefa ərizəmi yazacağam. Fikrim qətidir. “Neftçi” bu yerlərə layiq deyil, məğlubiyyətlərdə bütün məsuliyyət mənim boynumdadır”.