- Baxış sayı: 17
- 25 Noyabr 2024 15:02
- Baxış sayı: 17
- Noyabr 25, 2024
- 0
“Neftçi”nin baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Oyuna piş başlamadıq. Lakin rəqib bəzi səhvlərimizdən yararlandı. İlk hissəni məğlub başa vurduq. Daha sonra Fəhmin Muradbəylinin qırmızı vərəqə alması bizi pis vəziyyətdə qoydu. Bəziləri “Qarabağ”la matçdan sonra özlərini yetişmiş, püxtələşmiş oyunçu hesab edir. Həmin adamlarla söhbətimiz olacaq. Fəhmin isə hərəkətinə görə mütləq cəzalanacaq. 19 yaşlı oyunçu belə hərəkət etməməlidir. Məğlubiyyətdə isə mən də daxil olmaqla hər kəsin günahı var.
Oyundan öncə bölgü olur. Biz cərimə zərbələrini Anyete və Ruslan Qurbanova tapşırmışdıq. Hər ikisi qol vurmaq istəyirdi və yəqin buna görə cəriməni yerinə yetirmək üstündə mübahisə yarandı. Hazırda bizimlə məşq edən Cavid İmamverdiyevin problemi isə yaxın günlərdə həll olunmalıdır. Ona ehtiyacımız var”.