- Baxış sayı: 42
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
UEFA Avropa Liqasının ilk təsnifat mərhələsi çərçivəsində keçiriləcək Çernoqoriya “Mladost” ilə səfər matçı öncəsi “Neftçi”nin baş məşqçisi Samir Əliyev mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:
“Mladost” yaxşı komandadır. İlk oyunda olduğu kimi, bu dəfə də nəticə üçün oynayacaqlar. Əsas tapşırıqları qol buraxmamaq olacaq. Ötən illə müqayisədə bizim heyətimiz çox dəyişib. Bununla belə gənc futbolçularımıza güvənirəm. Biz meydana qələbə əzmi ilə çıxacağıq. Məğlubiyyət isə faciə olmayacaq. “Mladost” evdə oynayır. Üstünlük onların tərəfində sayıla bilər. Amma mən şansları bərabər qiymətləndirirəm. Havanın isti olması oyuna təsir etsə də, hər iki komanda üçün təbii şərtlər eyni olacaq”.
Xatırladaq ki, bu gün keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.