- Baxış sayı: 47
- 05 Fevral 2026 19:03
- Baxış sayı: 103
- Fevral 06, 2026
- 0

Bu gün “Neftçi” PFK-ya Ukrayna Futbol Federasiyasından məktub daxil olub. Allsport.az xəbər verir ki, məktuba əsasən, “Neftçi”nin baş məşqçisi Samir Əliyev noyabrın 4-də Ukraynada baş tutmuş dinləmələrdən uğurla keçərək “Pro” kateqoriyalı məşqçilik kurslarına cəlb edilib.
Ukraynada keçiriləcək məşqçilik kurslarının ilk mərhələsi 16-20 noyabr tarixləri aralığında təşkil olunacaq.
Qeyd edək ki, AFFA tərəfindən növbəti “Pro” kateqoriyalı məşqçilik kursu 2017-ci ildə təşkil olunacağı səbəbindən Samir Əliyevin Ukraynaya yollanması məqsədəuyğun hesab edilib.