Samir Abasov: “Bu istəklə işləsək, arzuladığımız oyunu sərgiləyəcəyik”

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Oyun başa çatdıqdan sonra futbolçulara öz razılığımı bildirdim. Bu istəklə işləsək, arzuladığımız oyunu sərgiləyəcəyik. Futbolçulara təşəkkürümün həddi-hüdudu yoxdur. Hər bir oyunçu qələbə üçün can qoydu, qalibiyyət üçün döyüşdü. Gənc Xəyalı döyüşə atanda ona tapşırıq vermişdim. Bildirmişdim ki, rəqibin cərimə meydançasında oynasın. Gənc futbolçunu oyuna buraxmaq risk ola bilər. Amma futbolçular məhz belə oyunlarda “bişirlər”. Oyunun sonundakı epizodla bağlı heç nə deyə bilməyəcəyəm. Çünki hadisə yerinə uzaq idim. Penalti tələb edən Vurğun Hüseynovdan isə heç nə soruşmamışam. Çünki bunun əhəmiyyəti yoxdur. Biz məğlub olduq, “Neftçi” qalib gəldi. Rəqibi təbrik edirəm”.

Həmin kateqoriyadan