- Baxış sayı: 137
- 27 Mart 2026 16:26
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində “İnter”ə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Oyunun çətin keçəcəyini bilirdik. Sözün açığı, “İnter” barədə düşünməmişdik, sadəcə, öz durumumuzu müzakirə edirdik. 10 gündür ki, komanda ilə birgəyəm. Düşünürəm ki, bu komanda ilə istəyimizə çatacağıq. Əsas məqsədimiz yaxşı oyun, yaxşı nəticədir. Çalışacağam ki, sürətli futbol sərgiləyək. Bu gün bir komanda kimi mübarizə apardıq. Həm oynayan, həm də ehtiyatda oturan futbolçulara təşəkkür edirəm”.