Samir Abasov: “Bu oyunda qalib gəlməyi çox istəyirdim”

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 2:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Çox gərgin oyun alındı, qarışıq hisslərim var, nəsə başqa şeylər danışacağımdan qorxuram. 5 qolun vurulduğu oyunda məğlub olduq. Açığı, bu oyunda qalib gəlməyi çox istəyirdim. “Zirə” “Sumqayıt”ın dişinə görə komandadır. Oyunun hakimliyi ilə bağlı heç bir narazılığım yoxdur. Çox yaxşı hakimlik oldu, briqadadan razıyam. Hazırkı vəziyyətimin səbəbi məğlubiyyətdir. Biz hələ dominantlıq etməyə hazır deyilik. Bunun nəticəsidir ki, komandamın qapısı qarşısında çoxsaylı qol epizodları yaratdılar. Səhvlərimizin sayı çox oldu”.

Həmin kateqoriyadan