- Baxış sayı: 92
- 19 Mart 2026 22:26
- Baxış sayı: 181
- Mart 19, 2026
- 0
Sloveniya çempionatında 6-cı turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun formasını geyindiyi “Domjale” doğma meydanda “Olimpiya” ilə görüşüb.
Ev sahibi bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3. Futbolçumuz ilk 5 turda olduğu kimi, bu oyunun da iştirak ərizəsində yer almayıb.
“Sarı-göylər” 6 turdan sonra 11 xalla 10 klub arasında 3-cü pillədə qərarlaşıb. “Domjale” bu tura kimi lider idi.