- Baxış sayı: 31
- 13 Mart 2025 13:51
- Baxış sayı: 58
- Mart 13, 2025
- 0
Azərbaycan voleybol federasiyasının 15 yaşadək qızlar arasında keçirdiyi seleksiya məşqlərinin növbəti mərhələsi başa çatıb. Allsport.az saytı xəbər verir ki, AVF-in idman zalında təşkil olunan seleksiya məşqlərinin ikinci günündə bir müddət əvvəl Bakı, Sumqayıt və Xırdalandan seçilmiş 2010-2011, 2013-2014, 2015-2016-cı il təvəllüdlü qızlar iştirak ediblər.
Yeniyetmə və gənclərdən ibarət milli komandaların rəhbəri Şahin Çatma və AVF-nin məşqçilərinin apardığı seleksiya məşqlərində müvafiq normativləri uğurla başa vuran uşaqlar müəyyənləşdirilib. Seçilmiş voleybolçular daha yaxşı forma yığmaq üçün 14-18 avqust tarixlərində təşkil olunacaq “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı düşərgəsi”ndə iştirak edəcəklər.
Belə seleksiya məşqləri və düşərgələr mütəmadi olaraq təşkil olunacaq. Bölgələrdən seçilmiş uşaqların seleksiya məşqləri zonalar üzrə həyata keçiriləcək.