Avropa çempionatı Bakıda

Bakıda növbəti dəfə qadın voleybolçular arasında Avropa çempionatı keçiriləcək.

Allsport.az xəbər verir ki, ilk dəfə 2017-ci ildə yarışa Gürcüstanla birgə ev sahibliyi etmiş Azərbaycan 9 il sonra yenidən bu hüquqa sahib çıxıb.

21 avqust – 6 sentyabr 2026-cı ildə baş tutacaq qitə çempionatında Azərbaycan 4 qrupdan birinə ev sahibliyi edəcək.

Bakıda qrup oyunları milli gimnastika arenasında təşkil olunacaq. Avropa voleybol konfederasiyasının (CEV) AVRO-2026 üzrə təşkilat komitəsinin nümayəndələri və yayım hüququna malik CEV-in tərəfdaşı olan “İnfort” şirkətinin əməkdaşları hazırlıq işləri ilə tanış olmaq üçün 24-25 fevralda Bakıda səfərdə olublar.

Səfər çərçivəsində qarşılaşmaların keçiriləcəyi milli gimnastika arenasına və voleybolçuların yerləşdiriləcəyi otellərə baxış keçirilib, həmçinin bir sıra digər təşkilati məsələlər müzakirə olunub.

AVRO-2026-da ümumilikdə Avropanın 24 ən yaxşı komandası 4 qrupda mübarizə aparacaq. Digər qruplara Çexiya, İsveç və Türkiyə ev sahibliyi edəcək.

Həmin kateqoriyadan