- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Hər şey qaydasındadır. Yerləşdiyimiz otel və səfər qaydasındadır. İnanıram ki, futbolçular vəziyyətə öyrəşib lazımi oyunu göstərəcək”.
Allsport.az xəbər verir ki, bu sözləri Şotlandiyanın “Seltik” klubunun baş məşqçisi Ronni Deyla Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”la cavab oyunu öncəsi deyib.
O, mərkəzi arenanın ot örtüyü haqda da fikirlərini bildirib: “Ot örtüyünün vəziyyəti yaxşı deyil. Ancaq qışda Şotlandiyada bu tipli qazonlarda oynamışıq. Mümkün qədər bütün problemlərin aradan qalxmasına çalışacağıq. Nəzərə alaq ki, rəqib də bizimlə eyni şəraitdə oynayacaq”.
“Ötən il Çempionlar Liqasında çıxış edə bilmədik və bu bizi təəssüfləndirmişdi. Ancaq indi Avropanın ən nüfuzlu klub turnirində çıxış etmək istəyirik”.
Baş məşqçi “Qarabağ”ın texnikalı futbolçulara malik olduğunu, yaxşı oyun nümayiş etdirdiyini, buna baxmayaraq qələbə qazanmaq istədiklərini söyləyib: “Azarkeşlərimiz Çempionlar Liqasında çıxış etməyimizi istəyir və onlara bu sevinci yaşatmağa çalışacağıq”.
Deyla “Qarabağ” haqda müsbət fikirlər də səsləndirib: “Qarabağ” topla oynamağı bacaran komandadır. Yaradıcı oyun sərgiləyir. Eyni zamanda texnikalı oyunçuları var. Fikrimcə, bizim üçün çətin olacaq. Çox ehtiyatlı oynamalıyıq”.