Serbiya klubu Azərbaycan millisinin hücumçusunu istəyir

Serbiyanın “Çukariçki” klubu Azərbaycan millisinin hücumçusu Amil Yunanovu heyətinə qatmaq istəyir. Allsport.az saytı xəbər verir ki, bu barədə “Mozzart Sport” məlumat yayıb.

Serblər 23 yaşlı futbolçunu birbaşa müqavilə bağlamağa çağırırlar. Qeyd olunur ki, “Çukariçki” rəsmiləri artıq qarşı tərəflə əlaqə saxlayıblar və Amilin iyunun 30-da “Sumqayıt”la müqaviləsinin müddətinin bitməsini gözləyirlər ki, onu azad agent kimi transfer etsinlər.

Sonda onu da xatırladaq ki, “Sumqayıt” artıq gənc hücumçusu ilə yeni müqavilə bağlayıb. Bir sözlə, “Çukariçki”nin Yunanovu azad agent kimi transfer etmək istəyi baş tutmayacaq. Onların bu futbolçuya görə “Sumqayıt”a transfer haqqı ödəməsi isə, inandırıcı görünmür.

Həmin kateqoriyadan