Serbiya millisinin qapıçısı rəsmən “Qarabağ”da

Yeni mövsüm üçün “Qarabağ” növbəti transferini gerçəkləşdirib. Allsport.az saytı xəbər verir ki, komandamız heyətini serbiyalı qapıçı Boyan Şaranovla ilə gücləndirib. Son mövsümü Serbiyanın “Partizan” klubunda keçirən qolkiperlə 2 illik müqavilə bağlanılıb.

Serbiya millisinin üzvü olan qolkiper bu ilin yanvar ayından “Partizan”da çıxış edirdi. O, Belqrad klubunda 18 oyun keçirib. Şaranov indiyə qədər bir dəfə Serbiya millisinə dəvət alıb. Karyerasına “Beoqrad” klubunda başlayanda yeni transferimiz “Makkabi” (Hayfa, İsrail), “Ergetolis” kimi komandalarda da forma geyinib.

Həmin kateqoriyadan