- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 217
- Mart 26, 2026
- 0

“Denver Naqqets”in mərkəz oyunçusu Nikola Yokiç NBA tarixinə keçib.
Allsport.az xəbər verir ki, serb basketbolçu ardıcıl iki oyunda azı 45 xal, 10 ribaund və 5 məhsuldar ötürmə edən üçüncü oyunçu olub.
Yokiçə qədər yalnız əfsanəvi Uilt Çemberlen və Elgin Beylor bu nəticəni göstəriblər.
Denver “Vaşinqton Uizards”la (113:122) matçda 56 xal, 16 ribaund və 8 məhsuldar ötürmə, “Atlanta Houks”la oyunda (141:111) isə 48 xal, 14 ribaund və 8 ötürməylə yadda qalıb.