- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 170
- Mart 26, 2026
- 0

ABŞ basketbolçuları Paris oyunlarında finalına yüksəlib. Allsport.az saytı xəbər verir ki, yarımfinalda onlar serblərə 95:91 hesabı ilə qalib gəliblər. Rəqib ilk 3 periodun hər birində qalib gəlsə də, matç ərzində 15 xalla öndə olsa da, yekunda hər halda uduzublar.
Matçın ən məhsuldar oyunçusu 36 xal toplayan Stiven Karri olub. Lebron Ceyms tripl-dabl edib – 16 xal, 12 götürmə və 10 məhsuldar ötürmə. Serblər üçün ən yaxşılar Boqdan Boqdanoviç (20 xal) və Nikola Jokiç (17 xal və 11 məhsuldar ötürmə) olublar.
Finalda ABŞ komandası Fransa, serblər isə 3-cü yer uğrunda görüşdə Almaniya ilə qarşılaşacaqlar.