Seymur Əsədov: “Qəbələ” bizim səhvlərimizdən yararlanıb, qalib gəldi”

AzAL-ın kapitanı Seymur Əsədov Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları görüşdən sonra bunları söyləyib:

“İlk növbədə komanda yoldaşlarıma minnətdaram ki, sonadək mübarizə apardılar. Rəqib sıradan komanda deyildi. Avropa Liqasında sözünü demiş komandadır. Artıq Avroliqanın pley-offunda çıxış edəcəklər. Bu üzdən istər-istəməz özlərinə inamları da böyükdür. Səhvlərimiz oldu. “Qəbələ” də bu səhvlərdən istifadə edib, qollar vurdu. Amma hər şeyə rəğmən, mən yaxşı olacağına inanıram”.

Əsədov milli komandamıza dəvət almaq şanslarından da söz açıb: “Əlbəttə, çağırsalar, çox xoş olar. Amma mən tələsmək istəmirəm. Yığmanın baş məşqçisi Robert Prosineçki özü oyunları izləyir, istədiyi futbolçuları seçir. Mənim üçün daha vacib olan klubda öz mövqeyimi möhkəmlətmək sözümü deməkdir. Ondan sonra yığmaya da dəvət ala bilərəm”. (CBC)

Həmin kateqoriyadan