Şimal Regional Futbol Federasiyasının prezidenti dünyasını dəyişib

AFFA-nın Şimal Regional Futbol Federasiyasının prezidenti Yaşar Şamilov dünyasını dəyişib. Allsport.az xəbər verir ki, 1945-ci il oktyabrın 22-də anadan olmuş mərhum uzun illər SSRİ çempionatının 1-ci dəstəsində çıxış edən Sumqayıtın “Polad”, daha sonralar “Xəzər” klubunun rəisi vəzifəsində çalışıb.

1989-cu ildə Azərbaycanın Əməkdar Məşqçisi adına layiq görülən Şamilov 2000-ci ildən Şimal Regional Futbol Federasiyasının prezidenti vəzifəsində çalışıb. O, 2009-cu ildə “Tərəqqi” medalına layiq görülüb.

Allah rəhmət eləsin.

Həmin kateqoriyadan