- Baxış sayı: 10
- 11 Mart 2026 13:25
- Baxış sayı: 300
- Mart 05, 2026
- 0

“Atletiko Madrid” baş məşqçi Dieqo Simeonenin rəhbərliyi altında çempionlar liqasının pley-off mərhələlərində doğma meydan məğlubedilməzliyini qoruyub saxlayır.
Allsport.az xəbər verir ki, paytaxt təmsilçisi argentinalı mütəxəssisin idarəçiliyi dövründə ev oyunlarında heç vaxt uduzmayıblar.
Komanda əvvəlki stadionu “Visente Kalderon”da 7 qələbə və 4 heç-heçəyə imza atdığı halda, hazırkı arenası “Sivitas Metropolitano”da 6 qələbə və 2 heç-heçə qeydə alınıb. Bu seriyanın sonuncu qurbanı isə İngiltərənin “Tottenhem” klubu olub.
2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinin ilk oyununda rəqibini Madriddə qəbul edən “Atletiko” 5:2 hesablı darmadağınla növbəti mərhələ üçün böyük üstünlük əldə edib.