“Simurq” qələbə ilə başladı

Türkiyədə təlim-məşq toplanışında olan “Simurq” bu gün qardaş ölkədə ilk yoxlama oyununa çıxıb. Allsport.az xəbər verir ki, Zaqatala klubunun ilk rəqibi Qazaxıstanın “Şaxtyor” komandası olub.

Qarşılaşmanın ilk yarısında 3 cavabsız qol vuran Georgi Çixradzenin komandası darmadağınla qalib gəlib. Qazaxlar isə yalnız son dəqiqələrdə buraxılan qollardan birinin əvəzini çıxa biliblər.

Yoxlama oyunu
13 yanvar

Simurq – Şaxtyor 3:1 (3:0)
Qollar: Abdullayev, 25 (1:0), Stanoyeviç, 27 (2:0). Çeran, 37 (3:0).

Qeyd edək ki, baş məşqçi Georgi Çixradze komandasını meydana aşağıdakı start heyətlə buraxıb: Pavel Kapsa, İlkin Qırtımov, Adam Banas, Samir Zərgərov, Elnur Abdullayev, Rəşad Eyyubov, Draqan Çeran, Tural Axundov, İdan Vaytsman, Benjamin Lambot, Marko Stanoyeviç.

İkinci hissədə Pavel Kapsanın, Rəşad Eyyubovun, Samir Zərgərovun, Elnur Abdullayevin, Marko Stanoyeviçin, Benjamin Lambotun əvəzinə Amil Ağacanov, Əli Gökdəmir, Vadim Abdullayev, Stepan Polyak, Murad Səttarli və Patrik Osiako mübarizə aparıb. 60-cı dəqiqədə komandamızın heyətində növbəti dəyişiklik edilib. Draqan Çeranın əvəzinə meydana Oruc Balaşlı daxil olub. 63-cu dəqiqədə Banaş Adamın əvəzinə meydana Rüstəm Məmmədov daxil olub. 70-ci dəqiqədə İlin Qırtımovla, Tural Axundovun əvəzinə Kənan müslümov və Nicat Muxtarov meydana buraxılıb.

Həmin kateqoriyadan