VİDEOYAZI
“Simurq” 3 qola üzüldü

Türkiyədə təlim-məşq toplanışında olan “Simurq” bu gün qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində növbəti yoxlama oyununa çıxıb. Allsport.az xəbər verir ki, Zaqatala klubu üçüncü sınağında Qazaxıstanın “İrtış” komandası ilə münasibətlərinə aydınlıq gətirib.

Georgi Çixradzenin komandası bu oyunda da darmadağınla uduzub. Qazaxlar 3 cavabsız qolla üstün olublar.

Qeyd edək ki, “Simurq” əvvəlki yoxlama oyunlarında Qazaxıstanın “Şaxtyor” klubuna 3:1 hesabıyla qalib gəlmiş, Almaniya “Duysburq”una 1:4 hesabıyla uduzmuşdu.

Yoxlama oyunu
18 yanvar

“Simurq” – “İrtış” – 0:3

Həmin kateqoriyadan