- Baxış sayı: 42
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Topaz Premyer Liqasında yaranmış qış fasiləsi ilə əlaqədar bir necə günlük istirahətdən sonra “Simurq” hazırlıqlara başlayıb. Allsport.az xəbər verir ki, yanvarın 6-da birbaşa Antalyaya təlim-məşq toplanışına yollanan komanda “Sirena Belek” otelində məskunlaşıb.
Zaqatala təmsilçisi qardaş ölkəyə aşağıdakı heyətlə yola düşüb:
Qapıçılar: Pavel Kapsa, Amil Ağacanov, Rəşad Əzizli;
Müdafiəçilər: İlkin Qırtımov, Kənan Müslümov, İdan Vaytsman, Adam Banaş, Rüstəm Məmmədov, Tural Axundov, Əli Gökdəmir;
Yarımmüdafiəçilər: Samir Zərgərov, Murad Səttarlı, Patrik Osiako, Benjamin Lambot, Stepan Polyak, Marko Stanoyeviç, Elnur Abdullayev, Vadim Abdullayev, Vüqar Mustafayev, Nicat Muxtarov;
Hücumçular: Draqan Çeran, Rəşad Eyyubov, Orcu Balaşlı.
Gündə iki dəfə olmaqla məşq edən futbolçular təlim-məşq proqramına əsasən ilk bir həftə ərzində fiziki ağırlıqlı çalışmaları yerinə yetirəcəklər. Daha sonra isə taktiki və texniki ağırlıqlı hazırlıqlara start veriləcək. Bu hissədə Georgi Çixradze yetirmələrini yoldaşlıq görüşlərində sınaqdan keçirəcək.
“Simurq”un təlim-məşq praqramında bəzi dəyişikliklər də edilib. Komanda toplanış çərçivəsində əvvəlcədən bildirildiyi kimi 4 yox, 5 yoxlama görüşü keçirəcək. Qarşılaşmalar yanvarın 13-də, 15-də, 18-də, 21-də və 24-də baş tutacaq. Georgi Çixradzenin yetirmələrinin ilk rəqibi Əlcəzairin “Əl-Eulma” klubu olacaq. Oyun Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. İkinci görüşdə “sarı-qaralar” Albaniyanın “Partizani” kollektivi ilə üz-üzə gəlməli idi. Ancaq onların təlim-məşq toplanışına gəlməməsi səbəbindən “Simurq” Almaniyanın “Duysburq” klubu ilə görüşdə gücünü sınaqdan keçirəcək. Üçüncü və dördüncü yoxlama oyunları Qazaxıstanın “İrtış” və Rumıniyanın Curcu şəhərinin təmsilçisi “Astra” klubları ilə olacaq. Komandanın sonuncu rəqibi isə Ukraynanın “Volın” kollektivi olacaq. Son yoxlama matçından sonra “Simurq” tam heyətlə ölkəyə qayıdacaq və Topaz Premyer Liqasının 19-cu turunun hazırlıqlarını doğma arenada davam etdirəcək.
Qış “transfer pəncərəsi”ndə Zaqatala təmsilçisi heyətini də gücləndirməyi planlaşdırır. Təlim-məşq toplanışı çərçivəsində klub rəhbərliyi məşqçilər korpusunun istəyi əsasında heyətə mərkəz müdafiəçisi və hücumçu qatmağa çalışacaq. Artıq bir necə futbolçu ilə danışıqlar gedir. Yaxın günlər bu haqda da əlavə məlumat veriləcək.