- Baxış sayı: 41
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Topaz Premyer Liqasının 14-cü turunda doğma arenada “Qarabağ”la qarşılaşacaq “Simurq” hazırlıqları davam etdirir. Allsport.az xəbər verir ki, “Qəbələ” ilə oyundan sonra iki günlük istirahət edən Georgi Çixradzenin yetirmələri gündə bir dəfə olmaqla məşqə çıxır.
Çalışmalarda uzun müddətdir zədədən əziyyət çəkən Banas Adam və Murad Səttarlı da iştirak edir. Onların oynayıb-oynamayacağı komadanının həkimi və məşqçilər korpusunun qərarından asılı olacaq. Ağdam təmsilçisi ilə görüşdə zədəli Vüqar Mustafayev və sarı vərəqə limitini dolduran İlkin Qırtımov forma geyinə bilməyəcək.
Qeyd edək ki, noyabrın 29-dan 30-na keçirilən “Simurq” – “Qarabağ” matçı saat 17:00-da start götürəcək.