- Baxış sayı: 26
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Topaz Premyer Liqasının 23-cü turunda doğma arenada “Sumqayıt”ı qonaq etməyə hazırlaşan “Simurq” ötən gün son məşqini edib. Allsport.az xəbər verir ki, çalışmaları güclü yağan qar altında edən komandanın heyətində yalnız dizindən əməliyyat olunan Əli Gökdəmir iştirak etməyib.
Bir saatdan artıq davam edən oyunöncəsi son məşq ənənəvi olaraq isinmə hərəkətləri ilə başlayıb. Daha sonra “kvadrat” və ikitərəfli oyun keçirilib. Hazırlığın sonunda qapıya zərbələr üzərində tapşırıqlar yerinə yetirilib. Bundan sonra futbolçular çalışmaları tamamlayaraq, istirahətə çəkilib.
Qeyd edək ki, “Simurq” – “Sumqayıt” oyunu bu gün saat 17:00-da start götürəcək. Görüşdə Əli Gökdəmirlə yanaşı, sarı vərəqə limitini dolduran Marko Stanoyeviç də forma geyinə bilməyəcək.