“Sırf təhlil əsasında başa düşdüm ki, oxatma Azərbaycana xas olan idman növüdür”

3-cü MDB oyunlarında bu gün Xankəndidə kamandan oxatma üzrə yarış oldu. Allsport.az saytı xəbər verir ki, mübarizənin gedişində adı çəkilən növdə federasiyanın baş katibi Fərid Xəlilov açıqlama verdi:

“MDB oyunlarında kamandan oxatma Qarabağda təmsil olunan yeganə idman növüdür. Bu həm şərəfli, həm də çox məsuliyyətli iş oldu. Təşkilatçılıq yüksək səviyyədədir – burada sıfırdan infrastruktur yaradıblar. Digər tərəfdən oyunlar gənclər arasında keçirilir və bizə sürprizlər hazırlayıb.

Bu sınaqda təcrübəlilər öz sözlərini deyirlər. 6 idmançıdan 5-i mərhələ adlayıb. Sabah növbəti uğuru gözləyirik. Mən bu federasiyada yeniyəm. Sırf təhlil əsasında başa düşdüm ki, oxatma Azərbaycana xas olan idman növüdür. Tarixboyu bu sahə xalqımıza məxsus idi bə bunu inkişaf etdirməyi borc olaraq bilirik.

Hazırda 60-dan şox idmançı fəaliyyət göstərir. Bu yaxınlarda bir neçə rəsmi açıqlamamız olacaq. Onlardan biri kütləviliklə bağlıdır. Digər istiqamət – yeni layihələrdir – nəticələri artırmaq üçün yeni mütəxəssislər cəlb olunacaq. Açıq havada kamandan oxatma olimpiya proqramına aid olduğundan bu sahəyə daha çox diqqət yetirəcəyik”.

Kamran HACI, Xankəndi

Həmin kateqoriyadan