Siyasət Əsgərov: “Planda belə bir məğlubiyyət yox idi”

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov dünya çempionatının seçmə mərhələsi çərçivəsində Monteneqro yığmasına qarşı keçirilmiş oyunu şərh edib.

Allsport.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları matçdan sonra bunları söyləyib:

“İki fərqli hissə oynadıq. Birinci hissənin əvvəlində səhv etdik və rəqib bu səhvdən istifadə edib qol vurdu. Qoldan sonra toparlanmağa başladıq və çalışdıq ki, qol vuraq. Təəssüf ki, bu, alınmadı. İkinci hissədə sistemdə bəzi dəyişikliklər etdik və rəqibi meydançada sıxmağa başladıq ki, müdafiədən çıxa bilməsin. İkinci hissəyə çox yaxşı başlamışdıq, qol vurmaq üçün imkanlarımız oldu. Lakin bu şanslardan istifadə edə bilmədik. Məğlub olmamaq üçün komanda irəli atılmışdı, ancaq təəssüf ki, ikinci qolu buraxdıq. Planda belə bir məğlubiyyət yox idi, buraya xal almağa gəlmişdik”.

Həmin kateqoriyadan