- Baxış sayı: 135
- 27 Mart 2026 16:26
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0
Bu gün AFFA İntizam Komitsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 5-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
“Zirə” – “Rəvan” matçının 82-ci dəqiqəsində “Zirə”nin futbolçusu Mbah Çimezi ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Neftçi” – “Xəzər Lənkəran” matçının 56-cı dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Adrian Skarlatake ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.