Slavişa Ristiçeviç: İslam həmrəyliyi oyunlarına ciddi hazırlaşırıq

Avqustda Konya-2021 İslam oyunlarında çıxış edəcək qadın həndbol millisi,  “Sərhədçi” olimpiya idman mərkəzində hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, komandanın yeni baş məşqçisi Slavişa Ristiçeviç Türkiyəyə iddialı yollanacaqlarını deyib:

“Mayın 16-dan təlim-məşq toplanışındayıq. Artıq bir araya yaxındır ki, hazırlığa start vermişik. Həndbolçuların əhval-ruhiyyəsi yüksək səviyyədədir. İslam həmrəyliyi oyunlarına ciddi hazırlaşırıq. Bizim üçün bu oyunlar çox vacibdir.

Nəinki, bu, ümumiyyətlə bütün yarışlarda uğur qazanmaq niyyətindəyik. Qarşıda iki ay vaxtımız var. Məncə, daha çox çalışmaqla, istəyimizə çata bilərik. Burda olduğumdan çox məmnunam. İşlər qaydasında gedir”.

Həmin kateqoriyadan